Yunanıstan 4 ayda Azərbaycandan neft idxalını 22 %-ən çox artırıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan Yunanıstana 284 min 374,74 ton xam neft ixrac edib.
"Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 182 milyon 764,51 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 4 ayı ilə müqayisədə 22,4 %, dəyəri isə 41,7 % çoxdur.
Yunanıstana ixrac edilən xam neftin Azərbaycanını ümumi neft ixracında payı 3,59 % olub.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 4 milyard 365 milyon 297,57 min ABŞ dolları olan 7 milyon 923 min 086,69 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 17 milyard 403 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 879 milyon ABŞ dolları ixracın, 5 milyard 525 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Oxşar xəbərlər
Çexiya Azərbaycandan neft alışını 22 %-dən çox azaldıb
Rumıniya Azərbaycandan neft alışını cüzi azaldıb
Azərbaycanın ixrac etdiyi neftin 67 %-dən çoxunu İtaliya alıb
Türkiyə Azərbaycandan aldığı neftin həcmini 3 dəfədən çox artırıb
İki ayda Azərbaycan 4 milyon tona yaxın neft ixrac edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kılıçdaroğlu CHP-də qurultay keçiriləcəyini bildirib
-
"Brent" markalı neft 3 %-dən çox bahalaşıb
-
Bu iki ölkə Rusiyaya qarşı tarixi pakt imzalayacaq
-
Tbilisinin Sülh körpüsü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
-
SEPAH: Son gündə Hörmüz boğazından 23 gəmi keçib
-
İsrail ordusu həftənin əvvəlindən bəri Livanda 550 hədəfi vurduğunu açıqlayıb
