Emin Hüseynov: Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasında enerji səmərəliliyinə diqqət yetirir
Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə şəhərlərin bərpası zamanı enerji səmərəliliyi məsələlərinə böyük diqqət yetirir.
"Sizinxeber.az" xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bu gün Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən panel müzakirədə deyib.
“İşğaldan azad edilmiş ərazilərdəki yeni yaşayış və inzibati binalar ən yüksək “yaşıl tikinti” standartlarına cavab verəcək. Günəş panelləri, intellektual enerji təchizatı sistemləri sıfırdan tətbiq olunacaq”, - o bildirib.
E.Hüseynov qeyd edib ki, işğaldan azad edilmiş ərazilər müasir, dayanıqlı və sabit şəhər mühitinin yaradılması üçün böyük potensiala malikdir. Orada inşa edilən müasir yaşayış məntəqələri təkcə region üçün deyil, həm də bütün dünya üçün nümunə olacaq.
"Şəhərlərin dayanıqlılığı planlaşdırmanın əsasını təşkil edir. Bu, Azərbaycanın COP29-da sədrliyinin çoxsahəli fəaliyyət planının dayanıqlı və sağlam şəhərlərin yaradılması üzrə məqsədlərinə uyğundur", - o vurğulayıb.
Oxşar xəbərlər
Prezidentin xüsusi nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurun bərpasına 10 milyard dollardan çox vəsait ayrılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam şəhərində 5 məhəllənin salınması nəzərdə tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Firudin Tağıyev: "İşğaldan azad edilmiş ərazilərin potensialı şirin su ehtiyatlarımızı daha da əlçatan edir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad olunmuş ərazilərdə nə qədər seçici səs verəcək? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












