Su Konvensiyası: 2 milyarddan çox insanın təhlükəsiz içməli suya çıxışı yoxdur
Dünyada 2 milyarddan çox insanın təhlükəsiz içməli suya və kanalizasiyaya çıxışı yoxdur.
"Sizinxeber.az" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının Su Konvensiyasının katibi Sonia Koppel COP29 çərçivəsində keçirilən "İqlim üçün su: Su məsələlərinin NDCs və NAPs-a inteqrasiyası" tədbirində bildirib.
"Hazırda olduğumuz regionda şirin su ehtiyatlarının 60 %-dən çoxu transsərhəd hövzələrdə formalaşır. Milli səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDC) yalnız 5 %-də su təchizatı, 16 %-də isə kanalizasiya və gigiyena yüksək prioritet hesab olunur, transsərhəd su isə 2 %-dən az nəzərə alınır. Ümid edirik ki, növbəti NDC-lərdə və hazırda hazırlanan NDC-lərdə suya daha çox diqqət yetiriləcək. Bu səbəbdən də Su Konvensiyası bu mövzulara dair təklifləri özündə əks etdirən fəaliyyət yönümlü bir sənəd yaradıb. Beləliklə, ilk növbədə, suyun keyfiyyətindən tutmuş tələbata qədər, eyni zamanda su təchizatı, kanalizasiya və trans-sərhəd məsələlərini bütünlüklə nəzərdən keçirən hərtərəfli ilkin qiymətləndirmələrin hazırlanması tövsiyə olunur", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Zaur Mikayılov: “Təmiz içməli suya çıxış ekoloji tarazlığın saxlanılması üçün vacibdir”
Bahar Muradova: Uşaqların kifayət qədər təmiz içməli suya çıxışının təmin edilməsi vacibdir
BMT rəsmisi: İqlim dəyişikliyi qadınların suya çıxışına daha çox təsir göstərir
Nazir: "Fermerlərin suya qənaət rejimdə fəaliyyətini təşviq edirik"
Son 23 ildə Azərbaycanın bərpa olunan yerüstü şirin su ehtiyatları 24 % azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













