Hindistan qızıl ehtiyatlarını xarici xəzinələrdən sürətlə geri qaytarır
Hindistan Ehtiyat Bankı qızıl ehtiyatlarını xarici xəzinələrdən sürətlə geri qaytarır.
"Report" xəbər verir ki, bu barədə GTRI analitik mərkəzinin məlumatlarına istinadən "Times of India" məqalə dərc edib.
Qeyd olunur ki, 2023-cü ildə ölkənin ümumi qızıl ehtiyatlarının təxminən 38%-i ölkə daxilində saxlanılırdı və 2026-cı ilin mart ayına qədər bu rəqəm təxminən 77%-ə yüksəlmişdi.
Qəzet qeyd edir ki, hind iqtisadçıları qızılın yenidən bölüşdürülməsinin çoxsaylı səbəblərini, o cümlədən 2022-ci ildə Rusiya aktivləri ilə bağlı hadisədən sonra yaranan aktivlərin dondurulması riskini göstərirlər.
"Qızılın geri qaytarılmasının sürətlənməsinə Yaxın Şərq münaqişəsi də təsir göstərib və bu da Hindistanın iqtisadi təhlükəsizliyini gücləndirmək zərurətini yaradıb ", - deyə o əlavə edib.
Xatırladaq ki, 29 apreldə Dünya Qızıl Şurası Hindistanda ümumi qızıl istehlakının yanvar-mart ayları arasında 10,2% artaraq 151 metrik tona çatdığını bildirdi. Hindistan şirkətlərinin bu metala investisiyaları illik müqayisədə 52% artaraq 82 tona çatdı. Yaxın Şərqdəki münaqişə fonunda Bombay Fond Birjasında səhm qiymətlərindəki kəskin dalğalanmalar səbəbindən Hindistanda investor tələbatının yaxın gələcəkdə artmağa davam edəcəyi gözlənilir.
Oxşar xəbərlər
KİV: Hindistan 2024-2025-ci maliyyə ilində BƏƏ-dən 160 ton qızıl almağı planlaşdırır
SOFAZ bu il dünyada qızıl alınmalarına görə TOP5-də qərarlaşıb
ARDNF-in aktivlərində qızılın həcmi 170 tona çatacaq
Polşa ötən ilin noyabrında 21 ton qızıl alıb
Hindistan bu il 22 milyard dollarlıq qızıl alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
