NATO baş katibinin xüsusi nümayəndəsi yaxın vaxtlarda Azərbaycana səfər edəcək - EKSKLÜZİV
sizinxeber.az xəbər saytı

NATO baş katibinin xüsusi nümayəndəsi yaxın vaxtlarda Azərbaycana səfər edəcək - EKSKLÜZİV


NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamilton yaxın vaxtlarda Azərbaycana səfər edəcək.

Bu barədə "Report"un Avropa bürosuna NATO-nun rəsmi nümayəndəsi məlumat verib.

Hazırda Hamilton vəzifəyə təyin olunduqdan sonra regiona ikinci səfəri çərçivəsində Gürcüstandadır.

Daha əvvəl, aprel ayında o, Ermənistana səfər edib.

NATO-dan bildirilib ki, Hamiltonun səyləri Şimali Atlantika blokunun təşkilatda "strateji əhəmiyyətli region" adlandırılan Cənubi Qafqaz ölkələri ilə dialoq və əməkdaşlığının möhkəmləndirilməsinə yönəlib.

Oxşar xəbərlər

Kevin Hamilton Suren Papikyanla NATO və Ermənistan əməkdaşlığını müzakirə edib
Hamilton ilə Boçorişvili NATO və Gürcüstan arasında əməkdaşlığın inkişafını müzakirə ediblər
Hüseynzadə və Hamilton Azərbaycan-NATO tərəfdaşlığının perspektivlərini müzakirə ediblər
Ceyhun Bayramov NATO rəsmisi ilə enerji təhlükəsizliyi və regional prosesləri müzakirə edib
Aİ-nin xüsusi nümayəndəsi Bakıdan sonra İrəvana səfər edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər