Ceyhun Bayramov NATO rəsmisi ilə enerji təhlükəsizliyi və regional prosesləri müzakirə edib
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramov NATO rəsmisi ilə enerji təhlükəsizliyi və regional prosesləri müzakirə edib


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində NATO-nun tərəfdaşlıqlar üzrə baş katibinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndə Kevin Hamilton ilə görüş keçirib.

"Report" xəbər verir ki, nazir bu barədə "X" sosial media hesabında paylaşım edib.

Tərəflər Azərbaycan–NATO arasında uzunmüddətli əməkdaşlığın əhəmiyyətini vurğulayıb, xüsusilə "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində həyata keçirilən fəaliyyətləri yüksək qiymətləndiriblər.

Müzakirələr zamanı enerji təhlükəsizliyi və kritik infrastrukturun qorunması sahələrində tərəfdaşlığın inkişaf etdirilməsi perspektivləri də nəzərdən keçirilib.

Nazir regiondakı son proseslər, o cümlədən Ermənistanla post-münaqişə normallaşma prosesi, azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri və davamlı sülhə yönəlmiş səylər barədə qarşı tərəfi məlumatlandırıb.

Eyni zamanda qlobal təhlükəsizlik çağırışları ətrafında fikir mübadiləsi aparılıb, Yaxın Şərqdə gərginliyin azaldılması, beynəlxalq humanitar hüquqa riayət edilməsi və mülki əhalinin qorunmasının vacibliyi xüsusi vurğulanıb.

Oxşar xəbərlər

Ceyhun Bayramov NATO Baş katibinin köməkçisi ilə görüşüb
Ceyhun Bayramov Monteneqro Xarici İşlər Nazirliyinin dövlət katibi ilə görüşüb
Ceyhun Bayramov BMT nümayəndəsini Ermənistanla sülh prosesi barədə məlumatlandırıb
Ceyhun Bayramov BMT nümayəndəsini Ermənistanla sülh prosesi barədə məlumatlandırıb
Ceyhun Bayramovun Hakan Fidanı Azərbaycan – Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər