TDT-nin Qazaxıstan və Türkiyədə zirvə toplantısı keçiriləcək
sizinxeber.az xəbər saytı

TDT-nin Qazaxıstan və Türkiyədə zirvə toplantısı keçiriləcək


Türk Dövlətləri Təşkilatının (TDT) Qazaxıstan və Türkiyədə zirvə toplantısı keçiriləcək.

Bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və Türk Dövlətləri ilə Əlaqələr Baş İdarəsinin rəhbəri Kürşat Zorlu "Report"un Türkiyə bürosuna bildirib.

O qeyd edib ki, hər iki toplantının bu il keçirilməsi nəzərdə tutulub:

"Əvvəlcə Türküstanda - Qazaxıstanın ev sahibliyi ilə qeyri-rəsmi dövlət başçıları zirvə toplantısı olacaq. Ardınca isə ilin sonuna doğru Türkiyənin ev sahibliyində rəsmi zirvə keçiriləcək. Ümid edirik ki, bu iki zirvədə həm birliyimiz daha da güclənəcək, həm də bölgəmizdəki xaos və müxtəlif coğrafiyalardakı qeyri-sabitliklər qarşısında Türk dünyasının necə bir əhəmiyyət daşıdığını, nümunə olduğunu birlikdə göstərəcəyik".

Oxşar xəbərlər

Kürşat Zorlu: Azərbaycan həm Türk dünyasında, həm də islam aləmində lokomotiv rolunu oynayır
Mayın 21-də Macarıstanda Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək
Türk Dövlətləri Təşkilatının növbəti Zirvə görüşünün tarixi müəyyənləşib - EKSKLÜZİV
Antalya Diplomatiya Forumu çərçivəsində TDT XİN Şurasının qeyri-rəsmi toplantısı keçiriləcək
Mayın 21-də Macarıstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşü keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər