Qahirədə Afrika və ərəb ölkələrinin problemləri müzakirə olunub
Misirin paytaxtı Qahirədə Liviya da daxil olmaqla, regional məsələlər müzakirə olunub.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.
"Türkiyənin xarici işlər naziri Hakan Fidan regional məsələlərin müzakirə olunduğu toplantıda iştirak edib", - məlumatda bildirilib.
Görüşdə Misir, Səudiyyə Ərəbistanının XİN rəhbərləri Bədr Əbdülati, Feysəl bin Fərhan Əl Səud, həmçinin ABŞ-nin ərəb və Afrika Məsələləri üzrə Baş məsləhətçisi Massad Fares Boulos da iştirak edib.
Xatırladaq ki, Liviyada iki əsas hakimiyyət (Tripolidəki Milli Birlik Hökuməti və şərqdəki qüvvələr) arasında siyasi və iqtisadi parçalanma davam edir. Ölkədə qeyri-sabitlik, həyat səviyyəsinin aşağı düşməsi, miqrant böhranı, BMT və ABŞ-nin sülh planları ətrafında gərgin proseslər baş verir. Liviyanın üç əsas siyasi qurumu (Nümayəndələr Palatası, Prezident Şurası və Ali Dövlət Şurası) 2027-ci ilin fevralından əvvəl prezident və parlament seçkilərinin keçirilməsini nəzərdə tutan yeni "yol xəritəsi" imzalayıb.
Bakanımız @HakanFidan, Mısır Arap Cumhuriyeti Dışişleri, Uluslararası İşbirliği ve Yurtdışındaki Mısırlılar Bakanı Badr Abdelatty, Suudi Arabistan Dışişleri Bakanı Faysal bin Ferhan Al Suud ve ABD'nin Arap ve Afrika İşlerinden Sorumlu Kıdemli Danışmanı Massad Fares Boulos’un… pic.twitter.com/eigxeON0e9
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) June 20, 2026
Oxşar xəbərlər
Hakan Fidan Aİ-nin ali nümayəndəsi ilə görüşüb
Hakan Fidan Ankarada Suriyanın xarici işlər naziri ilə görüşüb
Hakan Fidan ilə Ceyhun Bayramov regional məsələlər müzakirə ediblər
Hakan Fidan ilə Ceyhun Bayramov regional məsələləri müzakirə ediblər
Hakan Fidan türkmənistanlı həmkarı ilə regional məsələləri müzakirə edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Konqoda eboladan ölənlərin sayı 245-ə çatıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
