Hikmət Hacıyev: Sülh üçün təşəbbüslər yalnız kağız üzərində qalmamalıdır
Cənubi Qafqazda hazırda nə tam sülh, nə də açıq qarşıdurma mövcuddur.
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Cənubi Qafqaz: Strateji mərkəzə çevrilmə yolunda" mövzusunda keçirilən panel sessiyada deyib.
"Sülhə nail olmaq üçün artıq müəyyən addımlar atmışıq və bu, Vaşinqton zirvəsində də öz təsdiqini tapdı. Türkiyə də iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində prosesə start verib. Lakin bu təşəbbüslər yalnız kağız üzərində qalmamalıdır. Praktiki addımlar atılmalı və real işlər görülməlidir. Yalnız bu şəkildə iki ölkə arasında etimadın formalaşmasına nail olmaq mümkündür", - H.Hacıyev bildirib.
O qeyd edib ki, Azərbaycan məhsulları artıq Ermənistana ixrac olunur, eyni zamanda Ermənistanın da məhsulları Azərbaycana idxal edilməyə başlayıb:
"Bu, qarşılıqlı etimadın formalaşması baxımından mühüm addımdır. Ümumilikdə, ölkələrimiz arasında etibarlı və dayanıqlı münasibətlər qurulmalıdır".
H.Hacıyev vurğulayıb ki, hazırda ətraf bölgələrdə müxtəlif münaqişələr davam edir.
"ABŞ–İran gərginliyi, eləcə də Rusiya–Ukrayna müharibəsi regionda təhlükəsizlik mühitinə təsir göstərir. Bu səbəbdən, biz də təhlükəsizliyin təmin olunması istiqamətində aktiv fəaliyyət göstəririk. Bu prosesdə Türkiyə və Gürcüstanla əməkdaşlıq mühüm rol oynayır", - o deyib.
Oxşar xəbərlər
Hikmət Hacıyev: Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub
Hikmət Hacıyev: Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil
Hikmət Hacıyev: Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər
Hikmət Hacıyev: Cənubi Qafqazda de-fakto sülh var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
