Hikmət Hacıyev: Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər
sizinxeber.az xəbər saytı

Hikmət Hacıyev: Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər


Regionda təkcə ikitərəfli deyil, üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda keçirilən panel sessiyada deyib.

O, Azərbaycanın bölgədə ölkələrin öz nizamını qurmalı olduğuna tərəfdar çıxdığını deyib:

"Digərləri bizim üçün gündəm yaratmamalıdır. Ortaq məsuliyyətlər var. Bölgəmizdə çoxlu qardaş ölkələr var. İnteqrasiya mütləq olmalıdır".

Hikmət Hacıyev əlavə edib ki, ikitərəfli münasibətlər bölgədə əsas yer tutsa da üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər.

"Türkiyə və Azərbaycan arasında abu münasibətlər önəmli yerdədir. Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran münasibətlərini də bura daxil edə bilərik".

Oxşar xəbərlər

Hikmət Hacıyev: Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub
Hikmət Hacıyev: Azərbaycan və İran iqtisadi əməkdaşlığı gücləndirməlidir
Hikmət Hacıyev İran XİN-in Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri ilə görüşüb
Hikmət Hacıyev İrana səfər edib
Hikmət Hacıyev Aİ-nin Xarici Fəaliyyət Xidmətinin baş katibi ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər