Prezident İlham Əliyev Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub.
APA xəbər verir ki, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev dövlətimizin başçısına yaşayış kompleksi barədə məlumat verdi.
Bildirildi ki, kompleks 1,76 hektar ərazidə layihələndirilib. Kəlbəcər şəhərində salınacaq ikinci yaşayış kompleksi şəhərin Baş planına əsasən çoxfunksiyalı zonada yerləşir.
Kompleksdə 3 və 5 mərtəbəli 8 yaşayış binasının inşası nəzərdə tutulur. Mənzillərin 56-sı ikiotaqlı, 56-sı üçotaqlı, 48-i isə dördotaqlı olacaq. Burada ümumilikdə 160 ailənin yaşaması planlaşdırılır.
Qeyd olundu ki, bu yaşayış kompleksində əhalinin məşğulluğunun və istirahətinin təmin edilməsi üçün hər cür şərait yaradılacaq, geniş abadlıq və yaşıllaşdırma işləri görüləcək. Burada evlərin və küçələrin işıqlandırılmasında “yaşıl enerji”dən istifadə olunacaq.
Prezident İlham Əliyev yaşayış kompleksinin təməlini qoydu.
***
12:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlini qoyub-YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident İlham Əliyev Kəlbəcər şəhərində inzibati binanın təməlini qoyub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Zəngilanda üç yaşayış kompleksinin və uşaq bağçasının təməllərini qoydu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam şəhərində beşinci yaşayış kompleksinin təməli qoyulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdamda 4-cü və 5-ci yaşayış kompleksləri 26 ha ərazidə salınacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












