Hindistan bankların kredit çatışmazlığını mənzil maliyyəsinə yönəldib
Hindistan bankların kredit çatışmazlığını mənzil maliyyəsinə yönəldib.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş” sessiyasında Hindistan Milli Mənzil Bankının idarəedici direktoru Sanjay Shukla deyib.
O bildirib ki, Hindistan hökuməti mənzil maliyyələşməsi üçün innovativ mexanizm yaradıb və bankların özəl sektora kreditləşmə üzrə çatışmayan hissəsindən formalaşan vəsait 4% güzəştli faizlə mənzil sektoruna yönəldilib.
Sanjay Shukla qeyd edib ki, bu mexanizm hesabına vəsaitlər 5-7 dəfə artırılıb və aşağı gəlirli əhali üçün kreditləşməyə yönəldilib.
Onun sözlərinə görə, Hindistanda 2014-2019-cu illərdə 29,5 milyon mənzil tikilib, növbəti mərhələdə isə daha 30 milyon mənzilin inşası planlaşdırılır.
Sanjay Shukla əlavə edib ki, ölkədə mənzil maliyyəsinin 85%-i daxili yığımlar, vergilər və dövlətin yaratdığı innovativ maliyyə mexanizmləri hesabına formalaşdırılır.
Oxşar xəbərlər
WUF13-də mənzil maliyyələşməsi üçün yeni yanaşmalar müzakirə olunur
UN-Habitat rəhbəri: Mənzil böhranının həlli daxili maliyyədən keçir
Tamara Paseyro Marin: Uruqvay sosial mənzil üçün özəl sektora vergi təşviqləri tətbiq edir
Uruqvay naziri: Mənzil siyasəti sosial bərabərlik üçün əsasdır
UN-Habitatın əməkdaşı: Ölkələr milli mənzil siyasətini müxtəlif yollarla həyata keçirirlər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
