Fatma Yıldırım: Qlobal gündəlikdə fəal iştirak Azərbaycanın məsuliyyətli tərəfdaş olduğunu göstərir
Dayanıqlılıq cəmiyyətin gündəlik davranış və mədəniyyətinin əsasına çevrilməlidir
Dayanıqlılıq yalnız dövlət siyasətinin deyil, həm də cəmiyyətin gündəlik davranış və mədəniyyətinin əsasını təşkil etməlidir.
Sizinxeber.az xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, enerji və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Azərbaycanın ilk milli dayanıqlılıq standartlarının hazırlanması” adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Azərbaycanın qlobal inkişaf gündəliyində fəal iştirakı və dayanıqlı inkişaf təşəbbüslərinə verdiyi dəstək ölkənin məsuliyyətli tərəfdaş olduğunu göstərir.
“Bu gün təqdim olunan ESPS standartları mühüm çağırışdır. İlk növbədə beynəlxalq dayanıqlılıq prinsiplərinin Azərbaycanın milli dəyərlərinə uyğun şəkildə sistemləşdirilməsi və praktiki tədbirlərin həyata keçirilməsi vacibdir”, – o vurğulayıb.
Deputat qeyd edib ki, bu standartlar turizmdən xidmət sahələrinə, ictimai məkanlardan resurs idarəçiliyinə qədər müxtəlif istiqamətlərdə tədbirlərin tətbiqini nəzərdə tutur: “Ətraf mühitə həssas münasibət, resurslardan səmərəli istifadə, sosial inklüzivlik və hesabatlılıq güclü cəmiyyətin əsas sütunlarıdır”.
O əlavə edib ki, qanunvericilik təşəbbüslərinin genişləndirilməsi, enerji səmərəliliyi, resursların idarə olunması və ekoloji təhlükələrlə bağlı tədbirlərin gücləndirilməsi gələcək üçün mühüm əhəmiyyət daşıyır.
Çıxış zamanı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dayanıqlı inkişaf və “yaşıl enerji” prinsiplərinin geniş şəkildə tətbiq olunduğu da qeyd edilib.
Oxşar xəbərlər
Nazir müavini: Azərbaycan enerji təhlükəsizliyi ilə dayanıqlılıq arasında balans qurur
İtaliyalı nazir müavini: Azərbaycan WUF13-ə uğurla ev sahibliyi edir
Litvalı nazir müavini: Azərbaycanın Ukraynanın bərpasına verdiyi dəstəyi alqışlayırıq
Azərbaycanın şəhərsalma sahəsindəki təcrübəsi BMT-nin Forumunda təqdim edilib
Qoşulmama Hərəkatında mənzil və şəhərsalma üzrə komitənin yaradılması təklif edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
