Nazir müavini: Hər il dünyada yaranan milyonlarla ton plastik tullantı təbiətə atılır
Hər il dünya üzrə milyonlarla ton plastik tullantı yaranır və onların böyük bir hissəsi düzgün idarə olunmadığı üçün təbiətə atılır.
"Sizinxeber.az" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev COP29 çərçivəsində keçirilən “İqlim dayanıqlılığı üçün plastik tullantıların effektiv idarə edilməsi: çağırışları anlamaq və imkanları kəşf etmək” adlı tədbirdə deyib.
Onun sözlərinə görə, plastik tullantılar qlobal miqyasda ətraf mühitə və insan sağlamlığına ciddi təsir göstərən ən böyük problemlərdən biridir.
"Bu, ekosistemlərin pozulmasına, dəniz və qurudakı canlıların məhv olmasına, həmçinin insan sağlamlığı üçün risklərin artmasına səbəb olur. Plastik istehsalı və tullantıların yandırılması prosesi atmosferə böyük miqdarda istixana qazlarının buraxılmasına gətirib çıxarır. Bu da qlobal istiləşməni sürətləndirir və iqlim dəyişikliyinin mənfi təsirlərini artırır".
Nazir müavini qeyd edib ki, son dövrlərdə Azərbaycanda bərk məişət tullantılarının idarə olunması istiqamətində mühüm addımlar atılıb, dövlət proqramları qəbul edilib, qanunvericilik bazası təkmilləşdirilib və müasir infrastruktur yaradılıb.
R.Hacıyev məlumat verib ki, müasir dövrdə texnologiyanın sürətli inkişafı plastik tullantıların idarə olunmasında yeni imkanlar yaradır:
"Bu sahədə elmi tədqiqatların aparılması, yeni texnologiyaların və innovativ həllərin inkişaf etdirilməsi üçün əvəzsiz rol oynayır. Əhali arasında ekoloji şüurun artırılması və plastik tullantıların azaldılması üçün maarifləndirmə və təhsil proqramları çox vacibdir.
Məktəb və universitetlərdə gənc nəslin ekoloji təhsili gələcəkdə ekoloji problemlərə daha həssas yanaşan cəmiyyətin formalaşmasına kömək edir".
Oxşar xəbərlər
Dünyada ən çox plastik zibil olan ölkə müəyyən edilib
Sement, metal və plastik istehsalının dairəvi iqtisadiyyata keçirilməsi 2050-ci ilə qədər dünyada istixana qazı emissiyalarını 40 % azaldacaq
Nazir müavini: Azad edilmiş ərazilərdə tullantıların idarə edilməsi üçün 60 xüsusi təyinatlı texnika alınıb
Bakının şərq və qərb hissələrində yeni tullantı emalı müəssisələri tikiləcək
ÜGT-nin alt komitəsi COP29 çərçivəsində yeni müddəalar hazırlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













