Pyatiqorskdakı YDM-də baş verən partlayış nəticəsində yaralananların sayı 6-ya çatıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Pyatiqorskdakı YDM-də baş verən partlayış nəticəsində yaralananların sayı 6-ya çatıb - YENİLƏNİB


Rusiyanın Pyatiqorsk şəhərində yanacaqdoldurma məntəqəsində (YDM) qaz tankerinin boşaldılması zamanı baş verən partlayış nəticəsində zərər çəkənlərin sayı 6-ya çatıb.

"Report" xəbər verir ki, bu barədə Stavropol diyarının başçısı Vladimir Vladimirov "Max" sosial şəbəkəsində bildirib.

"Partlayışda yaralananların sayı altıya çatıb. Daha 4 nəfər tibb müəssisələrinə çatdırılıb", - V.Vladimirov qeyd edib.

Rusiyanın Stavropol diyarı üzrə İstintaq Komitəsi öz növbəsində bildirib ki, insident ilə bağlı cinayət işi açılıb.

Yanğının söndürülməsi üçün 45 nəfər və 15 texnika cəlb edilib.

Rusiyanın Pyatiqorsk şəhərində yanacaqdoldurma məntəqəsində (YDM) qaz tankerinin boşaldılması zamanı partlayış baş verib.

"Report" xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti şəhər rəhbəri Dmitri Voroşilova istinadən məlumat yayıb.

"Qaz tankerinin boşaldılması zamanı partlayış və ardınca yanğın baş verib. Bütün qüvvə və vasitələr vəziyyətin həlli üçün səfərbər edilib. Mən də hadisə yerindəyəm", - o qeyd edib.

Bildirilib ki, partlayış pilotsuz uçuş aparatlarının (PUA) hücumu ilə bağlı deyil.

Ehtimal olunur ki, partlayışın səbəbi təhlükəsizlik texnikasının pozulması olub.

Stavropol diyarı hökumətinin rəhbəri Vladimir Vladimirov öz növbəsində bildirib ki, hadisə nəticəsində iki nəfər xəsarət alıb.

Oxşar xəbərlər

Pyatiqorskda YDM-də qaz tankeri partlayıb, iki nəfər xəsarət alıb
Mahaçqaladakı partlayışda ölənlərin sayı 10 nəfərə çatıb - YENİLƏNİB
Nigeriyada yanacaq tankerinin partlaması nəticəsində ölənlərin sayı 153-ə çatıb
Mahaçqaladakı partlayışda ölənlərin sayı 12 nəfərə çatıb, 4 nəfər isə xəstəxanadadır
Rusiyanın “Elastik” zavodunda partlayış nəticəsində ölənlərin sayı 25-ə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər