Peskov institutda türk dilini necə öyrənməsindən danışıb
sizinxeber.az xəbər saytı

Peskov institutda türk dilini necə öyrənməsindən danışıb


Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov institutda təhsil aldığı dövrdə türk dilini necə öyrənməyə başladığı barədə danışıb.

"Report" xəbər verir ki, o, bu barədə "Birinci kanal"a müsahibəsində danışıb.

Onun sözlərinə görə, bölgü sınaqlarından uğurla keçmək tələbələrə öyrənmək istədikləri dilləri özlərinin seçməsinə imkan verirdi:

"Hətta ikinci dəfə mən dili özüm seçmək hüququ əldə etmək üçün lazımi miqdarda bal toplamadım. Mən ərəb dilini öyrənmək istəyirdim. Aşağı nəticələrə görə mənə cəza olaraq məcburi şəkildə türk dilini verdilər. Amma cəmi bir neçə il türk dili və bütövlükdə türkologiya ilə məşğul olduqdan sonra mən əslində başa düşdüm ki, bu çox yaxşı olub".

Qeyd edək ki, Dmitri Peskov 1989-cu ildə Moskva Dövlət Universitetinin nəzdindəki Asiya və Afrika Ölkələri İnstitutunu bitirib və dərhal SSRİ Xarici İşlər Nazirliyində işə götürülüb.

Oxşar xəbərlər

Rektor: Azərbaycanda son illər ərəb dilini öyrənənlərin sayı artıb
UNESCO-nun Türkiyə Milli Komissiyasının sədri: Dünyada digər dillər kimi, Türk dili Günü də qeyd edilməlidir
Firudin Cəlilov: Azərbaycanda erməni dilini, ədəbiyyatını tədris edən fakültə, hətta universitet yaradılmalıdır
Türkiyədə kişi əməliyyatdan sonra ana dilini unudub
Peskov: Minsk Rusiya, ABŞ və Ukrayna liderləri arasında danışıqlar üçün ən yaxşı yerdir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər