Rusiya ABŞ bizneslərinə qəsdən zərbələr endirir - Səbəb
Rusiya Ukraynada iri Amerika şirkətlərinə məxsus obyektlərə məqsədli zərbələr endirməyə başlayıb, lakin Donald Tramp administrasiyası bu hücumlara məhəl qoymur.
Sizinxeber.Az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri yazıb.
Nəşr qeyd edir ki, Amerika şirkətlərinin Ukraynadakı iştirakı böyük deyil — söhbət təxminən 120 müəssisədən gedir. Bununla belə, burada “Mak Donalds” və “Koka-Kola” kimi iri istehlak brendləri, eləcə də ABŞ-ın əsas taxıl treyderləri fəaliyyət göstərir.
NYT-nin yazdığına görə, ötən yaydan etibarən Rusiyanın zərbələrinin hədəfinə “Koka-Kola”, “Boinq”, qəlyanaltı istehsalçısı “Mondelez International” və tütün nəhəngi “Filip Morris International” ilə əlaqəli obyektlər düşüb. Aprelin ortalarında isə ardıcıl yeddi pilotsuz uçuş aparatı “Kargill” şirkətinin taxıl terminalına hücum edib.
Bildirilir ki, korporasiyalar əsasən bu hücumlar barədə ictimaiyyətə açıqlama verməyiblər, çünki investorlar və sığorta şirkətləri arasında narahatlıq yaratmaq istəmirlər:
“Bəzi ukraynalı biznes nümayəndələrinin fikrincə, bu hücumlar ölkə iqtisadiyyatını boğmaq məqsədi daşıyan, şirkətlərin milli mənsubiyyətindən asılı olmayaraq bütün növ aktivlərə qarşı aparılan daha geniş kampaniyanın bir hissəsidir. Digərləri isə hesab edir ki, Rusiyanın məqsədi məhz Kiyevin Ağ Evlə biznes əlaqələrini gücləndirməyə çalışdığı bir vaxtda Amerika investisiyalarını Ukraynadan uzaqlaşdırmaqdır”.
Oxşar xəbərlər
ABŞ Yəmənə hücumlara 1 milyard dollardan çox pul xərcləyib
Rusiya PUA-sı Latviya ərazisinə düşüb
Rusiya Ukraynada ABŞ zavoduna hücum edib
Zelenski: Ukrayna Rusiyanın 2 min kilometr dərinliyindəki hədəflərə zərbələr endirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
