Azərbaycanda ötən il 15 mln. tona yaxın tranzit yük daşınıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda ötən il 15 mln. tona yaxın tranzit yük daşınıb


Ötən il Azərbaycanda 14,8 milyon ton tranzit yük daşınıb.

"APA-Economics" xəbər verir ki, bunu "Nəqliyyat sahəsində 2024-cü ildə həyata keçirilən tədbirlər və 2025-ci il üçün planlar" barədə mətbuat konfransında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov deyib.

O bildirib ki, dəmir yolu vasitəsilə daşınan tranzit yüklərin həcmi rekord həddə çataraq 7,3 milyon ton olub:

"Hava nəqliyyatı ilə sərnişin daşıma əvvəlki illə müqayisədə 31% artıb və rekord həddə çatıb. Yəni 7,5 milyon sərnişinə xidmət göstərilib. Metroda sərnişin daşıma pandemiyadan sonra ən yüksək həddə, yəni 30 milyon nəfərə yüksəlib. Avtobuslar vasitəsilə daşınan sərnişin sayı illik 20% artaraq 148 milyon nəfərə çatıb".

Oxşar xəbərlər

Heydər Əliyev Beynəlxalq Aeroportu: 2024-cü ilin noyabrında sərnişin axını 26% artıb
Azərbaycanda sərnişindaşıma 9% artıb
Nazir müavini: Zəngəzur dəhlizi Avropa, Mərkəzi Asiya və Çin arasında ən qısa və təhlükəsiz tranzit marşrutu olacaq
Bu il Bakı metrosuna yeni nəsil 20 vaqon gətirilməsi planlaşdırılır
2023-cü ildə dəmir yolu ilə 7 milyondan çox sərnişin daşınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər