Rusiya yaxın günlərdə genişmiqyaslı hücuma keçəcək
Rusiya yaxın günlərdə Ukraynaya qarşı yeni genişmiqyaslı hücuma hazırlaşa bilər.
Sizinxeber.Az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat deyib.
Onun sözlərinə görə, mümkün hücuma hazırlığı göstərən bir neçə amil var: Ukrayna kəşfiyyatının məlumatları, beynəlxalq tərəfdaşlardan alınan informasiya, eləcə də Rusiya hərbi aerodromlarında artan fəallıq.
“Taktiki aviasiyanın yenidən yerləşdirilməsi və aerodromlarda aktivliyin artması qeydə alınır. Adətən, zərbələr endirilməzdən əvvəl düşmən əvvəlcədən təyyarələri hazırlayır və silahlandırır. Son günlər məhz belə fəallıq müşahidə edirik”, – deyə İqnat qeyd edib.
O deyib ki, buna bənzər əlamətlər əvvəllər də raketlər və zərbə pilotsuz uçuş aparatlarının tətbiqi ilə həyata keçirilən kombinə olunmuş hücumlardan əvvəl müşahidə olunub.
Oxşar xəbərlər
Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücuma başlayıb
Ukrayna SQ: Rusiya gecə Ukrayna istiqamətdə 400-dən çox dron və 44 raket buraxıb
Zelenski: Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücuma hazırlaşa bilər
Ukrayna Ordusunun rəsmisi: Ölkəmiz Rusiyanın PUA-ların sayını artırmasına hazır olmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
