İrəvanda Matviyenkonun səfərinə qarşı etiraz aksiyası keçirilib
Bu gün Ermənistan Milli Assambleyası binası qarşısında Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun İrəvana səfərinə qarşı etiraz aksiyası keçirilib.
Bu barədə “Sizinxeber.az” Ermənistan KİV-ə istinadən xəbər verir.
Qeyd olunur ki, aksiyanı “Respublika naminə” partiyasının lideri Arman Babacanyanın rəhbərlik etdiyi bir qrup qərbyönlü fəal təşkil edib.
Babacanyan çıxışı zamanı Rusiya əleyhinə şüarlar səsləndirib. Polis nümayəndəsi iştirakçılardan təhqiramiz ifadələr işlətməməyi və asayişi qorumağı tələb edib. Babacanyanla polis zabiti arasında söz davası baş verib və o, qısamüddətli qarşıdurmaya çevrilib - siyasətçinin səsucaldanı götürülüb.
Bundan sonra etirazçılar Rusiya əleyhinə plakatlar açaraq sükutla aksiyanı davam etdiriblər.
Qeyd edək ki, Valentina Matviyenko Rusiya parlamentinin nümayəndə heyətinin rəhbəri kimi İrəvana rəsmi səfər edib. Səfər çərçivəsində Ermənistan Milli Assambleyası ilə Rusiya Federal Məclisi arasında parlamentlərarası əməkdaşlığa dair konfrans keçirilir.
Oxşar xəbərlər
Simonyanın Matviyenko ilə görüşü zamanı Ermənistan parlamenti qarşısında Rusiya əleyhinə aksiyası keçirilib
Simonyan-Matviyenko görüşü zamanı Ermənistan parlamenti qarşısında Rusiyanı dəstəkləyənlər və əleyhdarları arasında qarşıdurma olub - VİDEO
Rusiya Federasiya Şurasının sədri İrəvanda səfərdədir
Matviyenko Rusiya-Ermənistan münasibətlərinə yeni təkan vermək üçün İrəvana gedir
Alen Simonyan: Matviyenkonun İrəvana səfəri 5-6 iyunda planlaşdırılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












