İran və ABŞ nüvə dosyesi üzrə növbəti danışıqlar raundunu hələ razılaşdırmayıblar
sizinxeber.az xəbər saytı

İran və ABŞ nüvə dosyesi üzrə növbəti danışıqlar raundunu hələ razılaşdırmayıblar


İran və ABŞ Tehranın nüvə proqramı ətrafında vəziyyətin tənzimlənməsi üzrə növbəti danışıqlar raundunun tarixini və yerini hələ razılaşdırmayıblar.

"Report" xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi bildirib.

"Növbəti danışıqlar raundu ilə bağlı hələ müəyyənlik yoxdur", - İran xarici siyasət idarəsi nazirin sözlərini təqdim edir. Araqçi vurğulayıb ki, İran "danışıqları səbirlə və sakit şəkildə aparır". O yenidən qeyd edib ki, Tehran dinc məqsədlər üçün uranın zənginləşdirilməsi hüquqlarından imtina etmək niyyətində deyil.

İran və ABŞ nümayəndələri mayın 23-də Romada İran nüvə proqramı üzrə beşinci danışıqlar raundunu keçiriblər. Tərəflər arasında vasitəçi kimi çıxış edən Oman XİN başçısı "müəyyən, lakin yekun olmayan irəliləyişin" əldə olunduğunu açıqlayıb. Araqçi bildirib ki, məsləhətləşmələrin nəticələrinə görə, Tehran və Vaşinqton yeni danışıqlar raunduna hazırlaşırlar və daha bir-iki görüşdə müsbət nəticələr əldə edəcəklərinə ümid edirlər.

Oxşar xəbərlər

BƏƏ və İran XİN başçıları Tehranın nüvə proqramı ilə bağlı danışıqları müzakirə ediblər
İran nüvə dosyesi ilə bağlı ABŞ, Avropa və Rusiya ilə əlaqə saxlayır
Oman XİN: Vaşinqton və Tehran dinc nüvə inkişafının saxlanmasını müzakirə edirlər
İran və ABŞ mayın 11-də nüvə sazişi üzrə yeni danışıqlar raundunu keçirəcək
Abbas Araqçi: İran ABŞ-la fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə çalışır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle