BƏƏ və İran XİN başçıları Tehranın nüvə proqramı ilə bağlı danışıqları müzakirə ediblər
sizinxeber.az xəbər saytı

BƏƏ və İran XİN başçıları Tehranın nüvə proqramı ilə bağlı danışıqları müzakirə ediblər


BƏƏ-nin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Abdullah bin Zayed Əl Nahyan Əbu-Dabidə İranın XİN başçısı Abbas Araqçi ilə görüşüb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə BƏƏ-nin WAM informasiya agentliyi məlumat yayıb.

Nazirlər ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı vəziyyətin tənzimlənməsi üzrə danışıqların gedişini müzakirə ediblər.

Tərəflər Vaşinqton və Tehran arasında məsləhətləşmələrin “regionda təhlükəsizlik və sabitlik əsaslarının möhkəmləndirilməsi” üçün əhəmiyyətini qeyd ediblər.

Xatırladaq ki, mayın 10-da Araqçi Səudiyyə Ərəbistanı və Qətərə səfər edib. Növbəti gün Omanda ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqların dördüncü raundu keçirilib. Məsləhətləşmələrdə İran nümayəndə heyətinə Araqçi, Amerika nümayəndə heyətinə isə prezidentin xüsusi elçisi Stiven Uitkoff başçılıq edib. İran XİN başçısı danışıqların nəticələrinə dair qeyd edib ki, bu raund əvvəlkilərdən daha ciddi və açıq olub, tərəflərin mövqeləri yaxınlaşıb.

Oxşar xəbərlər

Maskatda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundu başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp İranın çiçəklənməsini istəyir, “lakin nüvə silahı olmadan” [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran mayın 11-də Omanda ABŞ-la danışıqlar aparmağa razılaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp ABŞ və İran arasında danışıqların çox yaxşı getdiyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran ABŞ-la nüvə proqramı üzrə aparılan danışıqları müsbət qiymətləndirir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər