Rusiyada ağır yol qəzasında 5 nəfər ölüb
sizinxeber.az xəbər saytı

Rusiyada ağır yol qəzasında 5 nəfər ölüb


Rusiyada Volqoqrad vilayətinin Jirnovski rayonunda üç avtomobilin toqquşması nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə baş idarəsi məlumat yayıb.

Qeyd olunub ki, yolun əks zolağına çıxan “Lada Kalina” markalı avtomobili qarşıdan gələn iki nəqliyyat vasitəsilə toqquşub.

Qəza nəticəsində 5 nəfər hadisə yerində aldığı xəsarətlərdən ölüb, iki nəfər yaralanıb. Hadisə ilə bağlı cinayət işi açılıb.

Oxşar xəbərlər

Rusiyada yük maşını avtobusla toqquşub, ölən və yaralılar var
Rusiyada mikroavtobus qəzası nəticəsində 7 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər