Zelenski Putinin 9 Mayla bağlı üç günlük atəşkəs təklifini qəbul etməyib
sizinxeber.az xəbər saytı

Zelenski Putinin 9 Mayla bağlı üç günlük atəşkəs təklifini qəbul etməyib


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin 9 Mayla bağlı üç günlük atəşkəs təklifini qəbul etməyib.

APA “İnterfaks Ukrayna”ya istinadən xəbər verir ki, Ukrayna lideri 30 günlük atəşkəsə təkid edib.

Zelenski onu da qeyd edib ki, Ukrayna 9 May paradı üçün Moskvaya gələcək dünya liderlərinin təhlükəsizliyinə zəmanət verə bilməz.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edib. Bildirilib ki, Putinin qərarına əsasən, Rusiya Federasiyası mayın 8-i saat 00:00-dan mayın 11- saat 00:00-ə qədər atəşkəs elan edir.

Qeyd olunub ki, Rusiya Federasiyası Ukrayna ətrafındakı vəziyyətlə bağlı beynəlxalq tərəfdaşlarla konstruktiv qarşılıqlı fəaliyyətə hazırdır.

"Rusiya hesab edir ki, Ukrayna tərəfi Qələbə gününə qədər atəşkəs rejiminə qoşulmalıdır. Rusiya Silahlı Qüvvələri Qələbənin 80-ci ildönümündə Ukrayna tərəfindən atəşkəs rejiminin pozulması halında adekvat və effektiv cavab verəcək" , - Kremlin yaydığı bəyanatda bildirilib.

Oxşar xəbərlər

Ukrayna Putinin elan etdiyi Qələbə Günü atəşkəsinə münasibət bildirib
Kelloq: Rusiyanın mayın 9-da Ukrayna ilə atəşkəs təklifi absurddur
Zelenski Putinin atəşkəs təklifinə münasibət bildirib
Zelenski: Ukrayna Rusiya ilə atəşkəsin Pasxadan sonra da davam etdirilməsini istəyir
Trampın müşaviri Uitkoff Putinin tərəfinə keçib - Zelenski

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle