Türkiyəli professor: TDT Aİ-nin mənfi siyasətinə qarşı strategiya müəyyənləşdirməlidir
sizinxeber.az xəbər saytı

Türkiyəli professor: TDT Aİ-nin mənfi siyasətinə qarşı strategiya müəyyənləşdirməlidir


Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının 17-ci iclası Avropa İttifaqının (Aİ) TDT-yə qarşı apardığı mənfi siyasət üçün düzgün strategiya müəyyənləşdirməlidir.

Bunu “Report”un Türkiyə bürosuna Yıldız Teknik Universitetinin müəllimi, iqtisadçı professor Cemal Zehir Şimali Kipr Türk Cümhuriyyətinin Nikosiya şəhərində keçiriləcək TDT Ağsaqqallar Şurasının 17-ci iclasını dəyərləndirərkən deyib.

Siyasətçi bildirib ki, bu gün və sabah keçiriləcək iclasın gündəmində Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstanın Cənubi Kiprdə diplomatik nümayəndəliklər açmaları ilə bağlı danışıqlar aparılacağını gözlədiyini bildirib: “Çünki bu addım xüsusilə Avropa İttifaqı kimi birliklərin Türkiyəni Kiprdə işğalçı kimi qəbul etməsinə dair apardığı siyasətin tərkib hissəsi kimi görünür. Bu həm də TDT-də nifaq yaratmaq cəhdlərinin nəticəsidir. Ona görə də məsələyə Türk Dövlətləri Təşkilatının tərkibində olan ölkələrin mövqelərini bildirmələri lazımdır. Təşkilatın Ağsaqqallar Şurasının vəziyyətlə bağlı bir yol müəyyən edəcəklərini düşünürəm”.

Cemal Zehir Türkiyə adına toplantıya qatılan iştirakçılardan gözləntlərini də dilə gətirib: “İnanıram ki, onlar Şimali Kiprin haqlarını daha aktiv şəkildə müdafiə etmə yönündə digər üzv ölkələri motivasiya edəcəklər. Eləcə də Azərbaycan tərəfinin bu məsələ ilə bağlı mövqeyi son dərəcə əhəmiyyətli olacaq və prosesə böyük təsir göstərəcək”.

Siyasətçi toplantıda Şimali Kipr Türk Cümhuriyyətinin tanınması ilə bağlı müzakirələrin olacağını da istisna etməyib: “Bu məsələ də Türkiyə artıq bir nümunədir. Eləcə də Azərbaycan Prezidenti İlham Əliyevin vətənimizlə bağlı təqdir olunan qərarlı mövqeyi nümunəvi davranışdır”.

Oxşar xəbərlər

Cevdet Yılmaz: Şimali Kipr tezliklə Türk Dövlətləri Təşkilatının tamhüquqlu üzvü olacaq
Ersin Tatar türk dövlətlərinə Şimali Kiprdə səfirlik açmaları ilə bağlı çağırış edib
TDT-nin Şimali Kiprdə iclası keçiriləcək
Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Bakıya gəlir
Şuşada Türk dövlətlərinin səhiyyə nazirlərinin dördüncü iclası keçiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər