Ərdoğan bu gün Qazaxıstana iki günlük səfərə yola düşəcək
sizinxeber.az xəbər saytı

Ərdoğan bu gün Qazaxıstana iki günlük səfərə yola düşəcək


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13-15 may tarixlərin aralığında Qazaxıstana səfər edəcək.

"Sizinxeber.az" xəbər verir ki, Ərdoğan səfərinin ilk günündə paytaxt Astanada qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevlə görüşəcək.

Daha sonra Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı toplantısı baş tutacaq.

Ərdoğan mayın 15-də Astanadan Türküstan vilayətinə gedəcək. Türkiyə lideri burada təşkil olunacaq Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak edəcək.

Prezidentin səfəri zamanı Türkiyəyə vitse-prezident Cevdet Yılmaz rəhbərlik edəcək. Bununla bağlı müvafiq sərəncam "Resmi Gazete"də yayımlanıb.

Qeyd edək ki, TDT-nin dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü "Süni intellekt və rəqəmsal inkişaf" mövzusuna həsr olunub.

Oxşar xəbərlər

Ərdoğan Türküstanda TDT-nin qeyri-rəsmi sammitində iştirak edəcək - YENİLƏNİB
Tokayev Ərdoğanla qarşıdakı səfərləri müzakirə edib
Ərdoğan Azərbaycana səfərə yola düşüb
Qazaxıstan Prezidenti Türkiyəyə rəsmi səfər edəcək
Türkiyə və Macarıstan liderləri Qırğızıstana səfər edəcəklər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər