Xaçaturyan: Ermənistan Azərbaycanla sülh gündəliyini irəli aparacaq
Ermənistan sülh gündəliyini irəli aparmaq niyyətində qətiyyətlidir və sülh prosesində konstruktiv iştirakını davam etdirəcək.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə İrəvanda birgə bəyanatında bildirib.
O xatırladıb ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni razılaşdırılıb və imzalanmağa hazırdır. Prezidentin sözlərinə görə, Ermənistan tərəfi Azərbaycanla hərtərəfli sülh quracağına ümid edir.
"Ermənistan Gürcüstanın Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə, eləcə də Ermənistan və Azərbaycan arasında sülh prosesinin dəstəklənməsinə yönəlmiş səylərini yüksək qiymətləndirir. Biz Gürcüstanın üçtərəfli əməkdaşlıq platformalarının yaradılması təşəbbüslərini alqışlayır, əməkdaşlıq yollarının tapılmasında və birgə iqtisadi layihələrin həyata keçirilməsində Gürcüstanın rolunu qiymətləndiririk", - o qeyd edib.
Oxşar xəbərlər
Ermənistan prezidenti: COP29-a qədər Azərbaycanla sülh sazişi imzalamağa ümid edirik
İrakli Kobaxidze: Tbilisi İrəvanla Bakı arasında sülh prosesini alqışlayır
ABŞ Dövlət Departamenti: “Azərbaycanla Ermənistan arasında sülh sazişi əldə oluna biləcək məsafədədir”
Mixail Kavelaşvili: Ermənistan və Azərbaycan arasında sülh bəyanatını alqışlayırıq
Paşinyan Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi ilə bağlı Kobaxidzeyə məlumat verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













