Mixail Kavelaşvili: Ermənistan və Azərbaycan arasında sülh bəyanatını alqışlayırıq
Gürcüstan Prezidenti Mixail Kavelaşvili Ermənistana səfəri çərçivəsində həmkarı Vaaqn Xaçaturyan ilə görüşdən sonra keçirilən mətbuat konfransında Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına dair açıqlamalar verib.
"Sizinxeber.az"un Gürcüstan bürosunun məlumatına görə, Prezident bəyan edib ki, Gürcüstan 2025-ci il martın 13-də Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların tamamlanmasına dair verilmiş bəyanatı birmənalı şəkildə alqışlayır.
“İnanırıq ki, bu, dinc, təhlükəsiz, sabit və inkişaf etmiş Cənubi Qafqaz regionunun qurulması istiqamətində mühüm prosesin başlanğıcıdır”, – deyə Kavelaşvili bildirib.
O qeyd edib ki, Gürcüstan Ermənistan və Azərbaycanın yaxın gələcəkdə sülh sazişi imzalayacağına ümid bəsləyir və bu təşəbbüs regionda müsbət inkişaf dinamikasını keyfiyyətcə yeni mərhələyə qaldıracaq.
Prezident əlavə edib ki, Gürcüstan bölgədəki bütün tərəflərlə qarşılıqlı faydalı əməkdaşlığa hazırdır və bu yöndə artıq 2025-ci il aprelin 17-də Tbilisidə keçirilmiş üçtərəfli regional görüş də əhəmiyyətli addım kimi qiymətləndirilir.
Kavelaşvili çıxışında, həmçinin regionda dinc birgəyaşayış və qarşılıqlı hörmət əsasında qurulacaq çoxqütblü beynəlxalq nizama töhfə verməyə hazır olduqlarını vurğulayıb.
Oxşar xəbərlər
Gürcüstan və Ermənistan prezidentləri regional məsələləri müzakirə ediblər
Gürcüstan Prezidenti: Cənubi Qafqazda sülh zəruridir
Gürcüstan Prezidenti Nikol Paşinyanla görüşüb
Gürcüstan Prezidenti: Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyirik
Gürcüstan Prezidenti Mixail Kavelaşvili Bakıya yola düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
