Gürcüstan Prezidenti: Cənubi Qafqazda sülh zəruridir
sizinxeber.az xəbər saytı

Gürcüstan Prezidenti: Cənubi Qafqazda sülh zəruridir


Gürcüstan sülhün və münaqişələrin dialoq yolu ilə həllinin tərəfdarıdır.

“Sizinxeber.az”un müxbirinin məlumatına görə, bunu Gürcüstan Prezidenti Mixail Kavelaşvili Azərbaycanın Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında deyib.

O qeyd edib ki, Cənubi Qafqaza regionun beynəlxalq miqyasda təsirini gücləndirmək üçün sülh lazımdır.

"Regionun tam potensialı Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasından sonra üzə çıxa bilər. Yenə də ölkəmin dialoq və diplomatiya tərəfdarı olduğunu təsdiqləyirəm", - Gürcüstan Prezidenti vurğulayıb.

Oxşar xəbərlər

Gürcüstan Prezidenti: Cənubi Qafqazda sülh və sabitliyi dəstəkləyirik
Mixail Kavelaşvili İlham Əliyevi ölkəsinə səfərə dəvət edib
Gürcüstan Prezidenti Mixail Kavelaşvili Bakıya yola düşüb
Kavelaşvili: Gürcüstan Azərbaycanın suverenliyini həmişə dəstəkləyib və dəstəkləməkdə davam edəcək
Paşinyan: İrəvanla Bakı arasında sülh sazişi regionun digər ölkələri üçün faydalıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər