Ərdoğan zəlzələ nəticəsində insan itkilərinin olmadığını təsdiqləyib
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü günortadan sonra Mərmərə dənizində baş verən zəlzələ nəticəsində insan itkilərinin olmadığını bildirib.
“Sizinxeber.az” xəbər verir ki, o, bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) İstanbul qərargahında keçirilən iclasından sonra məlumat verib.
“Bu gün Mərmərə dənizində baş verən və İstanbulda və ətraf vilayətlərdə hiss olunan 6,2 bal gücündə zəlzələdən zərər çəkmiş bütün vətəndaşlarımıza ən xoş arzularımı çatdırmaq istəyirəm. Biz indicə AFAD-ın İstanbul regional ofisində geniş toplantı keçirdik. Biz ən aktual məlumatları aldıq və zəlzələnin nəticələrini minimuma endirmək üçün görülmüş və görülməli olan tədbirləri qiymətləndirdik. Zəlzələnin hiss olunduğu şəhərlərdə günorta saatlarından etibarən apardığımız axtarış və yoxlama tədbirləri nəticəsində heç bir problem aşkar edilməyib. Zəlzələ nəticəsində ölən olmayıb”, - deyə o qeyd edib.
İstanbul Valiliyinin qərarına əsasən, şəhərin bütün məktəblərinin həyətləri və məscidləri zəlzələ səbəbilə gecəni evlərində keçirmək istəməyən vətəndaşların istifadəsinə verilib. İstanbulda məktəblər və universitetlərdə təhsilə 2 gün fasilə verilib.
Qeyd edək ki, ötən gün İstanbulda baş verən 6,2 maqnitudalı zəlzələdən sonra, yerli vaxtla saat 17:55-dək ən böyüyü 5,9 maqnitudalı olmaqla ümumilikdə 127 afterşok qeydə alınıb.
Oxşar xəbərlər
Türkiyə DİN-ə zəlzələdən sonra 6 mindən çox müraciət daxil olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyənin daxili işlər naziri: AFAD və digər qurumlarla araşdırmalara başlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İstanbulda güclü zəlzələ olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İstanbulda baş verən zəlzələdə 240-a yaxın şəxs xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə 2 dəfə zəlzələ olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












