Qırğızıstanda "Rus evi"nin əməkdaşı həbs edilib
sizinxeber.az xəbər saytı

Qırğızıstanda "Rus evi"nin əməkdaşı həbs edilib


Qırğızıstanın Oş şəhərində fəaliyyət göstərən "Rus evi"nin əməkdaşı Natalya Sekerina muzdluların cəlb edilməsində şübhəli bilinərək saxlanılıb.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə TASS-a Qırğızıstan Ali Məhkəməsindən bildirilib.

"Bişkek şəhəri Pervomayski rayon məhkəməsinin qərarı ilə Qırğızıstan Respublikası Dövlət Milli Təhlükəsizlik Komitəsinin Baş İstintaq İdarəsinin müstəntiqinin təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin tətbiq edilməsi ilə bağlı vəsatəti təmin edilib", - deyə məhkəmənin mətbuat xidmətinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Sekerina barəsində "istintaq müddətinə, yəni 17 iyun 2025-ci ilə qədər həbs şəklində qətimkan tədbiri" seçilib.

Vətəndaşlığı hazırda dəqiqləşdirilən şübhəli şəxs, Qırğızıstan Cinayət Məcəlləsinin digər dövlətlərin silahlı münaqişələrində və ya dövlət hakimiyyətinin devrilməsinə və ya ərazi bütövlüyünün pozulmasına yönəlmiş zorakı hərəkətlərdə istifadə etmək məqsədilə muzdluların cəlb edilməsi, maliyyələşdirilməsi, maddi təminatı, təlimi, həmçinin hərbi münaqişələrdə və ya hərəkətlərdə muzdluların istifadəsi ilə bağlı maddəsi üzrə istintaq çərçivəsində saxlanılıb.

Cinayət Məcəlləsinə əsasən, belə bir cinayətin törədilməsinə görə maddənin hissəsindən asılı olaraq 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzası verilə bilər. Birinci hissə 7 ildən 10 ilədək həbs cəzası nəzərdə tutur.

Bu iş üzrə Sekerina ilə birlikdə Oş şəhər meriyasının mətbuat xidmətinin əməkdaşı da daxil olmaqla daha dörd nəfər saxlanılıb.

Oxşar xəbərlər

Əziz Orucovun həbs müddəti uzadılıb 
Anar Məmmədlinin həbs müddəti uzadılıb
Əziz Orucov barəsində olan həbs qətimkan tədbirinin müddəti uzadılıb
DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
"Toplum TV" işi ilə bağlı daha bir nəfər barəsində həbs qətimkan tədbiri seçilib – YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle