Əziz Orucovun həbs müddəti uzadılıb
"Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucov barəsində olan həbs qətimkan tədbirinin müddəti daha üç ay uzadılıb.
Bu barədə "Sizinxeber.az"a onun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib.
O bildirib ki, Ə.Orucovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərar Səbail Rayon Məhkəməsində verilib.
Həmçinin məhkəmənin digər qərarı ilə "Kanal13" internet televiziyasının əməkdaşı Şamo Emin barəsində olan həbs qətimkan tədbiri də daha üç ay uzadılıb.
Qeyd edək ki, Ə.Orucov ötən il noyabrın 27-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb və şübhəli şəxs qismində saxlanılıb.
Ötən il noyabrın 28-də Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Ə.Orucov barəsində həbs qətimkan tədbiri seçilib. Daha sonra ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə yeni ittiham irəli sürülüb.
Oxşar xəbərlər
“Abzas Media” işi ilə bağlı saxlanılan şəxslərin həbs müddəti uzadılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
