DTX terrorçuluqda şübhəli bilinən şəxsi saxlayaraq Azərbaycana gətirib
Bakı şəhər Səbail rayon məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə saxlanılmış Nəcimov Ruslan Rafiq oğlu barəsində müstəntiqin vəsatəti və prokurorun təqdimatı əsasında həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.
"Sizinxeber.az"un məlumatına görə, müəyyən edilib ki, sabit silahlı qrup tərkibində terrorçuluqla bağlı cinayət əməllərinin törədilməsində şübhəli bilinən, 1987-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Nəcimov Ruslan Rafiq oğlu müxtəlif adlar altında xarici ölkə ərazisində gizlənməyə çalışıb.
DTX tərəfindən həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Ruslan Nəcimovun xaricdə saxlanılaraq bu il aprelin 15-də ölkə ərazisinə gətirilib istintaqa cəlb olunması təmin edilib.
Məhkəmənin qərarı ilə Ruslan Nəcimovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Ələsgər Məmmədli və Ruslan İzzətlinin həbs müddəti uzadılıb - YENİLƏNİB
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib
Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
12 yaşlı Əfsanənin qətlində ŞOK DETALLAR: Şübhəli bilinən bacısı polisi necə aldadıb? - VİDEO
-
KİV: Tramp İrana zərbələri dayandırmaq barədə göstəriş verdi
-
Xəzərdə batan şəxs müstəntiq imiş
-
Husilər Yəməndə “Bayraqdar” vurdular
-
Rumıniya Rusiyanın daha bir PUA-sını vurdu
-
UNESCO məşhur çimərliklə bağlı qərar qəbul etdi
