Qazaxıstan Əfqanıstana humanitar yardım göndərib
Qazaxıstan nümayəndə heyətinin aprelin 21-23-də Əfqanıstanın paytaxtı Kabilə səfəri planlaşdırılır.
“Report”un yerli bürosu “KazAID” agentliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qazaxıstan nümayəndə heyətinə Baş nazirin müavini - milli iqtisadiyyat naziri Serik Jumanqarin başçılıq edəcək.
Məlumata görə, səfər zamanı Əfqanıstan rəsmiləri ilə görüşlər keçiriləcək, həmçinin Qazaxıstan mallarının sərgisi təşkil olunacaq.
Qarşıdakı səfər fonunda Qazaxıstan Əfqanıstana humanitar yardım göndərib. Yükün təhvil verilməsi Əfqanıstanın Bəlx vilayətindəki Hayraton dəmir yolu stansiyasında baş tutub. Tərkibində bitki yağı, buğda unu, düyü, qış və yay çadırları, yorğanlar olan humanitar yardımın ümumi həcmi 2,2 min ton təşkil edib.
Bildirilib ki, dərman vasitələrindən ibarət ayrı bir partiya Əfqanıstana hava nəqliyyatı ilə çatdırılacaq.
Qazaxıstanın Əfqanıstandakı müvəqqəti işlər vəkili Qaziz Akbasov qeyd edib ki, Astana Kabillə təkcə humanitar sahədə deyil, həm də faydalı qazıntıların hasilatı, nəqliyyat, logistika və kənd təsərrüfatı sahələrində əməkdaşlığı genişləndirməyə hazırdır.
Oxşar xəbərlər
Qazaxıstanın yeni iqtisadiyyat nazirinin adı məlum olub - YENİLƏNİB
Pakistan Fələstin xalqına növbəti humanitar yardım göndərib
İran xarici işlər naziri Əfqanıstana səfər edəcək
İrakli Kobaxidze Qazaxıstana rəsmi səfər edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
