İrakli Kobaxidze Qazaxıstana rəsmi səfər edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze rəsmi səfərlə Qazaxıstan Respublikasına gedib.
"Sizinxeber.az"un Gürcüstan bürosu xəbər verir ki, 5-6 fevral tarixlərindəki səfər çərçivəsində onun Qazaxıstanın Baş naziri Olcas Bektənov ilə təkbətək və geniştərkibli görüşləri nəzərdə tutulub.
Həmçinin, İ.Kobaxidzeni Prezident Sarayında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qəbul edəcək.
Baş nazirin rəhbərlik etdiyi nümayəndə heyətinə Baş nazirin birinci müavini, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili, xarici işlər naziri Maka Boçorişvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri David Sonqulaşvili, təhsil və elm naziri Aleksandre Tsuladze, idman naziri Şalva Qoğoladze və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani daxildir.
Oxşar xəbərlər
Gürcüstanın Baş naziri Azərbaycana gəlir
Kobaxidze Qazaxıstana səfər edib
Kobaxidze Azərbaycana gəlir
Gürcüstanda daxili işlər naziri Baş nazirin müavini təyin edilib
İrakli Kobaxidzenin Azərbaycana səfər proqramı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
