Cevdet Yılmaz: Suriya beynəlxalq aktora çevrilməlidir
Suriya beynəlxalq aktora çevrilməlidir.
“Sizinxeber.az” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz “A Haber”ə müsahibəsində deyib.
O bildirib ki, Suriyada 60 illik diktaturaya son qoyulub: “13-14 illik vətəndaş müharibəsi başa çatdı. Artıq yeni hökumət formalaşıb. İndi Suriyada bütün mənalarda bərpa olunur. Suriya yenidən inşa edilir”.
C.Yılmazın sözlərinə görə, yeni administrasiyanın beynəlxalq legitimliyi vacibdir: “Suriyaya qarşı sanksiyaları aradan qaldırmaq lazımıdr. Beynəlxalq təşkilatlar, regional aktorlar Suriyanın bərpasına dəstək verməlidirlər”.
Vitse-prezident bildirib ki, Suriyadakı sabitlik həm onun özü, həm də region üçün çox əhəmiyyətlidir: “Bu, Türkiyə üçün də əhəmiyyətlidir. Türkiyə də Suriyada sabitliyin bərpa olunmasına dəstək verməyə davam edəcək. Çünki Suriyanın güclənməsi, sabitiyə qovuşması bizə də müsbət təsir edəcək".
C.Yılmaz, həmçinin Türkiyənin bundan sonra da Fələstini və Qəzza xalqını dəstəkləyəcəyini ifadə edib: “Ən qısa zamanda atəskəş təmin olunmalıdır. Türkiyə olaraq Qəzzaya ciddi həcmdə humanitar dəstək veririk. Bu baxımdan əsas ölkələrdənik. Dəstəyimizi davam etdirəcəyik”.
Oxşar xəbərlər
Türkiyə Suriyanın bərpası prosesində iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cevdet Yılmaz: Türkiyə investisiya mərkəzinə çevriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cevdet Yılmaz: Çəkindiricilik qabiliyyətinin artırılması Türkiyə üçün seçim yox, zərurətdir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cevdet Yılmaz: Türkiyə beynəlxalq problemlərin diplomatik yolla həllinin tərəfdarıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cevdet Yılmaz: "Azərbaycanla Türkiyə beynəlxalq platformalar çərçivəsində əməkdaşlığı genişləndirməyə davam edəcək" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












