Cevdet Yılmaz: Çəkindiricilik qabiliyyətinin artırılması Türkiyə üçün seçim yox, zərurətdir
Türkiyə müdafiə sənayəsi sahəsində xaricdən asılılığı xeyli azaldıb.
“Report” xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz İstanbulda çıxışı zamanı deyib.
“Türkiyə bütün sanksiyalara baxmayaraq, xaricdən asılılığı 80 faizdən 20 faizə qədər azaldıb”, - vitse-prezident vurğulayıb.
O bildirib ki, Türkiyə PUA istehsalında dünyanın aparıcı ölkələrindəndir.
C. Yılmaz söyləyib ki, bu gün dünyada ciddi hadisələr baş verir: “Beynəlxalq münasibətlər sisteminə, benəlxalq hüquqa inam azalıb. Baş verənlər göstərir ki, biz öz ayaqlarımız üzərində durmağı bacarmalıyıq”.
Vitse-prezidentin sözlərinə görə, Türkiyə özünün çəkindiricilik qabiliyyətini artırmalıdır: "Bu, bizim üçün seçim yox, zərurətdir".
Oxşar xəbərlər
Cevdet Yılmaz: Türkiyə investisiya mərkəzinə çevriləcək
Cevdet Yılmaz: Türkiyə beynəlxalq problemlərin diplomatik yolla həllinin tərəfdarıdır
Türkiyənin vitse-prezidenti: Qlobal sabitliyə töhfə veririk
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
