Çağrı Erhan: Ermənistan konstitusiyasında hələ də Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var
sizinxeber.az xəbər saytı

Çağrı Erhan: Ermənistan konstitusiyasında hələ də Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var


Ermənistan konstitusiyasında hələ də Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Bu sülh müqaviləsinin bağlanmasına maneədir.

Bunu "Report"a açıqlamasında Türkiyə Prezidentinin baş müşaviri Çağrı Erhan deyib.

O bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi ilə Ermənistanın Qərb dövlətlərinin dəstəyi əsasında formalaşdırdığı uyğunsuz mövqeyinə qalib gəldi:

“Azərbaycan Ordusu daha sonra antiterror əməliyyatı ilə Xankəndi şəhərini də nəzarət altına aldı. Azərbaycan Qarabağdan separatçıları təmizləməklə suverenliyini təmin etdi. Ermənistan artıq dirənməməli, haqqı olmayan torpaqlardan haqq iddia etməməlidir. İrəvan anlamalıdır ki, Cənubi Qafqaz enerji və ticarət yollarının keçdiyi, mədəniyyətləri birləşdirən vacib yerdir. Ermənistan bu üstünlüklərdən yararlanmaq üçün qonşu dövlətlərə qarşı ərazi iddiası irəli sürməməlidir”.

Oxşar xəbərlər

Elçin Əmirbəyov: Ermənistan konstitusiyasındakı ərazi iddiaları sülhə əsas maneədir
Nazir: Sülh sazisinin başa çatdırılması üçün əsas əngəl Ermənistan konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarıdır
İlham Əliyev: Ermənistan tərəfindən konstitusion əsasda Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır
Azərbaycan XİN: Ermənistan ərazi iddialarının sonunun olmadığını birdəfəlik anlamalıdır
Hikmət Hacıyev: Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olmamalıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər