Dünyanın texnologiya brendləri İranı tərk edir
Dünyanın texnologiya brendləri İrana tətbiq edilən sanksiyalara görə İslam Respublikasını tərk edir.
“Sizinxeber.az” xəbər verir ki, məlumatı “Donya-e-Eqtesad” saytı yayıb.
Bildirilib ki, bir müddət əvvəl nəhəng texnologiya şirkətləri İran bazarını tədricən tərk edib. Bunların ardınca “IBM”, “HP” və “Apple” kimi tanınmış markalar da bu ölkədə fəaliyyətini məhdudlaşdırıb.
Məlumata görə, bu günlərdə “Asus” və “Lenovo” kimi texnologiya şirkətləri də İranı tərk edərək aksiyaya qoşulublar.
Kompüter Mühəndisləri Birliyinin rəhbəri Məhəmmədrza Fərəci Tehrani də hadisəni təsdiqləyərək sanksiyaların İranın texnologiya bazarına təsirini vurğulayıb.
O, IT avadanlıqlarının idxalı ilə bağlı çətinliklərə toxunaraq problemin dolayı yollarla həllinə çalışdıqlarını söyləyib.
Oxşar xəbərlər
2024-cü ilin ən bahalı texnologiya şirkəti məlum olub
İran rəsmisi: "Qanunsuz mühacirlər ilin sonunadək İranı tərk etməlidir"
Norveç XİN ölkə vətəndaşlarını İranı tərk etməyə çağırıb
Almaniya XİN vətəndaşlarını İranı tərk etməyə çağırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
