Ukraynalı politoloq: Kiyevin ABŞ hakimiyyəti ilə çox mürəkkəb danışıqlar dövrü başlayır
sizinxeber.az xəbər saytı

Ukraynalı politoloq: Kiyevin ABŞ hakimiyyəti ilə çox mürəkkəb danışıqlar dövrü başlayır


Ukrayna üçün Donald Trampın rəhbərlik etdiyi ABŞ administrasiyası ilə atəşkəsə nail olunması ilə bağlı çox mürəkkəb danışıqlar dövrü başlayır.

Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında politoloq Maksim Yali bildirib.

"Bilirik ki, danışıqların dirəndiyi yer Rusiyanın ərazi iddiaları ilə bağlıdır. Trampın dünənki şərt tonunda olan açıqlamasında da bu risk aydın və real görünür. Rusiya da seçim qarşısında qalır. Məsələn, ötən ilin yayında Vladimir Putin bildirmişdi ki, Ukrayna həm Zaporojye, həm də Xersonu təhvil verməlidir. Bu da təbii ki, həm Ukrayna cəmiyyəti, həm də Ukrayna hakimiyyəti üçün qəbulolunmazdır.

Əsas məsələ Ukrayna üçün NATO-ya daxil olana qədər təhlükəsizlik təminatıdır. Bu, Donald Trampın yaxın gələcəkdə gedəcəyi kompromislərdən biri olacaq. Və ən əsası ABŞ tərəfi və Ukraynanın avropalı partnyorları əvəzində nə təklif edəcəklər ki müharibə yenidən Ukraynaya gəlməsin? Rusiyanın ərazi iddiaları və Ukraynanın təhlükəsizlik məsələləri iki əsas məsələdir", - politoloq vurğulayıb.

M.Yali deyib ki, Ukrayna Rusiya tərəfindən müharibə vaxtı dəyən zərərin kompensasiyası ilə bağlı məsələni qaldırmalıdır: "Hansısa razılıqlar əldə olunacaqmı? Hesab edirəm ki biz bunu yaxın 3 ayda və ya Donaldı Trampın köməkçisi Kit Kelloqun dediyi kimi 100 günə görəcəyik. Hərbi əməliyyatların aparılmasının dayandırılması planı hələlik Donald Tramp administrasiyası üçün əsas məsələdir", - M.Yali əlavə edib.

Oxşar xəbərlər

KİV: Trampın komandası müharibəyə son qoymaq üçün Bayden administrasiyası və Ukrayna ilə danışıqlar aparır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Trampın komandası müharibəyə son qoymaq üçün Bayden administrasiyası və Ukrayna ilə danışıqlar aparır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyanın BMT-dəki daimi nümayəndəsi: Trampın komandası Ukrayna ilə bağlı maraqlı heç nə təklif etməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kit Kelloq: Tramp yaxın aylarda Ukrayna münaqişəsini həll edə biləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lavrov: Trampın Ukrayna ilə bağlı təklifi Rusiyanı qane etmir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər