Kit Kelloq: Tramp yaxın aylarda Ukrayna münaqişəsini həll edə biləcək
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp yaxın aylarda Ukrayna münaqişəsini həll edə biləcək.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq "Fox News" telekanalının efirində bildirib.
O, seçilmiş prezidentin inauqurasiya mərasiminə Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenskini dəvət ediləcəyini istisna etməyib.
"O, belə bir şey etsəydi, təəccüblənməzdim. Bunu edə bilərmi? Təbii ki, edə bilər. O, belə cəsarətli addım ata bilər. Rusiya və Ukraynaya gəldikdə, həqiqətən, hər şeyin yaxın bir neçə ay ərzində həll olunacağına inanıram. Çünki o, bunu edə biləcək yeganə şəxsdir”, - Kelloq Trampın iki ölkənin prezidentlərini inauqurasiya mərasiminə dəvət edib, sonra isə münaqişənin həlli üçün onlarla danışıqlar aparmaq niyyətində olub-olmadığı sualına cavab verib.
Qeyd edək ki, Tramp noyabrın 27-də köməkçisi və ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi vəzifəsinə Kelloqun namizədliyini irəli sürüb.
Oxşar xəbərlər
Trampın Baydenlə Ukrayna və Yaxın Şərqlə bağlı fikirləri fərqlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Uolts: Tramp Ukrayna məsələsində hazırkı administrasiya ilə işləyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
The Guardian: Tramp komandasının bir hissəsi Putinin Ukrayna ilə bağlı şərtləri ilə razılaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Tramp Ukrayna üzrə xüsusi elçi təyin etməyi planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp ABŞ-nin Ukrayna üzrə xüsusi elçisini təyin edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












