Mangistau vilayətinin prokuroru: Hələlik heç bir versiyanı irəli sürə bilmirik
Qazaxıstanın Mangistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev Astanada keçirilən brifinqdə AZAL-a məxsus təyyarənin Aktauda qəzaya uğramasının səbəbləri ilə bağlı irəli sürülmüş versiyaları şərh edib.
“Sizinxeber.az” xəbər verir ki, Ordabayev hazırda təyyarənin qəzaya uğramasının səbəblərinin dəqiqləşdirildiyini qeyd edib.
“Bəli, bu gün səhərdən bəri bir çox versiyalar irəli sürülür. İstintaq bir neçə ekspertiza təyin edib və hazırda nəticələr əldə olunana qədər nəsə deyə bilmərik. Bu gün biz və istintaq heç bir versiya (partlayışlar və ya quşlar haqqında) irəli sürmürük. Təyyarə Qazaxıstan ərazisində qəzaya uğrayıb və balonun partlaması aşkar faktdır”, – o, jurnalistin nüfuzlu media orqanlarının irəli sürdüyü təyyarəyə raket zərbəsinin endirilməsi versiyası ilə bağlı sualını cavablandırarkən deyib.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 62 sərnişin, o cümlədən 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan və 3 Qırğızıstan vətəndaşı, həmçinin 5 ekipaj üzvü olub. İnsident nəticəsində 38 sərnişin ölüb, 3-ü uşaq olmaqla 29 nəfər sağ qalıb.
Prezident İlham Əliyevin sərəncamına əsasən, təyyarə qəzasında həlak olanların xatirəsinə 2024-cü il dekabrın 26-da Azərbaycanda matəm elan edilib.
Oxşar xəbərlər
Ordabayev: Təyyarənin qəzaya uğradığı yerdə daha bir qara qutu tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstanda təyyarənin qəzaya uğradığı yerdə qara qutu tapılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: İstintaq başa çatana qədər təyyarənin qəzaya uğrama səbəbləri barədə fərziyyələr irəli sürmək düzgün deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzaya uğramış təyyarənin naməlum sərnişini 20 yaşlı Azərbaycan vətəndaşı imiş [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğradığı yerdə fövqəladə vəziyyət rejimi tətbiq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












