Ordabayev: Təyyarənin qəzaya uğradığı yerdə daha bir qara qutu tapılıb
Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğradığı yerdə daha bir qara qutu tapılıb.
“Report” xəbər verir ki, bu barədə Qazaxıstanın Mangistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev təyyarənin qəzaya uğraması ilə bağlı Astanada keçirdiyi brifinqdə bildirib.
“İki qara qutu aşkar edilib, onlar aviaqəzaların təhqiqatı şöbəsinə veriləcək və daha sonra onlara baxış keçiriləcək”, - o deyib.
Ordabayev həmçinin təyyarənin qəzaya uğradığı yerdə görülən işlərdən də danışıb.
“Zərərçəkmişləri və hava xidməti işçilərini dindirdik. Həmçinin bütün hadisə şahidlərini müəyyənləşdiririk. Dispetçerlərlə ekipaj arasında radio danışıqlarının yazısı əldə edilib. 4 min kvadratmetrdən çox ərazini əhatə edən hadisə yerinə baxış tamamlanma mərhələsindədir. Ərazi polis qüvvələri tərəfindən qorunur”, - o vurğulayıb.
Oxşar xəbərlər
Qazaxıstanda təyyarənin qəzaya uğradığı yerdə qara qutu tapılıb
Prokuror: AZAL-ın qəzaya uğrayan təyyarəsinin daha bir "qara qutu"su tapılıb
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğradığı yerdə fövqəladə vəziyyət rejimi tətbiq edilib
Moldova Prezidenti AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib
Maya Sandu: AZAL-ın təyyarəsinin qəzaya uğramasına görə dərin kədər hissi keçiririk
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













