Rusiyanın Belqorod vilayəti atəşə tutulub, ölənlər və yaralananlar var
Rusiyanın Belqorod vilayətinin Rakitnoye kəndinin atəşə tutulması nəticəsində beş nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov teleqramda bildirib.
V.Qladkov qeyd edib ki, hadisə nəticəsində 12 nəfər xəsarət alıb ki, onlardan üçü azyaşlıdır. Dörd nəfərin vəziyyəti ağırdır.
Qubernator bundan əvvəl bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin davamlı atəşi və hücum cəhdləri səbəbindən Belqorod vilayətində vəziyyət son dərəcə çətin və gərgin olaraq qalır.
Bununla yanaşı, kənddə 10 fərdi yaşayış evi, iki ticarət obyekti və dörd avtomobilə ziyan dəyib. Rakitnoye və Boryspillye və Novoleninskoye kəndləri qazsız qalıb.
Xatırladaq ki, 2022-ci ilin fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri işğalçı ölkənin sərhədyanı bölgəsi olan Belqorod vilayəti tez-tez Ukrayna Silahlı Qüvvələrinin atəşinə məruz qalır. Regiona ən ölümcül hücum 2023-cü ilin dekabrın 30-da baş verib. Belqorod şəhərinə raket hücumu nəticəsində 25 nəfər ölmüş, 109 nəfər yaralanmışdı.
Oxşar xəbərlər
Belqorod vilayətində regional səviyyəli fövqəladə vəziyyət rejimi tətbiq olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna Belqoroda növbəti dəfə hücum etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Belqorodun atəşə tutulması nəticəsində ölənlərin sayı 14-ə çatıb - YENİLƏNİB-3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Belqorodun atəşə tutulması nəticəsində ölənlərin sayı 18-ə çatıb - YENİLƏNİB-4 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Belqorod vilayətinin atəşə tutulması nəticəsində 5 nəfər yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












