ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra SEPAH Küveyt və Bəhreynə raket zərbələri endirib
sizinxeber.az xəbər saytı

ABŞ ordusu İranın radar sistemlərini vurduqdan sonra SEPAH Küveyt və Bəhreynə raket zərbələri endirib


İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın regiondakı bazalarına raket zərbəsi endirdiyini bildirir.

Sizinxeber.az-nın Tehran bürosunun xəbərinə görə, SEPAH Sirik və Qeşm adasına hücumdan sonra ABŞ ordusunun regiondakı bazalarının Hərbi Hava Qüvvələrinin raketləri ilə hədəfə alındığını açıqlayıb.

SEPAH bəyanatda bu gün səhər saatlarında iki ABŞ tankerinin Hörmüz boğazından qanunsuz şəkildə çıxmağa cəhd etdiyini, xəbərdarlıqdan sonra onlardan birinin hədəfə alınaraq dayandırıldığını, digər qayda pozan gəmilərin isə geri qayıtdığını bildirib.

Bəyanatda qeyd olunub ki, bu hadisədən sonra ABŞ pilotsuz uçuş aparatları Qeşm adasında bir rabitə qülləsini və Sirikdəki bir qülləni iki mərmi ilə vurub.

SEPAH bildirib ki, ABŞ-ın bu təcavüzünə cavab olaraq Küveytdəki ABŞ hərbi hava bazası — Əli əs-Salim bazası və Bəhreyndə ABŞ-ın Beşinci Donanmasına məxsus mühüm obyektlər SEPAH Hərbi Hava Qüvvələrinin ballistik raketlərinin atəşinə məruz qalıb.

Oxşar xəbərlər

SEPAH Sərik adasına hücum xəbərindən sonra ABŞ hava bazasına zərbə endirdiyini bildirib
SEPAH son sutkada 26 gəminin Hörmüz boğazından keçdiyini bildirib
SEPAH BƏƏ və Küveytdəki hərbi bazalara raket zərbələri endirib
SEPAH: İsrail hərbi reaksiya verərsə sarsıdıcı cavabla üzləşəcək
İsrail Suriyada SEPAH komandirlərinin olduğu binanı hədəfə alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər