TDT Ankaradakı terror aktını şiddətlə qınayıb
sizinxeber.az xəbər saytı

TDT Ankaradakı terror aktını şiddətlə qınayıb


Türk Dövlətləri Təşkilatı (TDT) Ankarada TUSAŞ-ın istehsal obyektində törədilən terror aktını şiddətlə qınayıb.

“Report” xəbər verir ki, bununla bağlı beynəlxalq təşkilat bəyanat yayıb.

"Bu xain hücumu şiddətlə qınayır, Türkiyə Cümhuriyyətinə və qardaş türk xalqına başsağlığı verir, yaralananlara şəfa diləyirik", - bəyanatda deyilr.

Qeyd edək ki, Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 5 nəfər həlak olub, 22 nəfər yaralanıb. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya ilkin araşdırmalara əsasən terror aktının PKK tərəfindən törədildiyini bildirib.

Oxşar xəbərlər

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
Türkiyə XİN Pakistanda törədilən terror aktını pisləyib
Türkiyə Ordusu İraq və Suriyada terrorçuların hədəflərinə zərbələr endirir
KİV: Ərdoğan Ankaradakı terror aktına görə Kazana səfərini yarımçıq qoyub ölkəyə qayıdacaq
Sahibə Qafarova Ankarada törədilmiş terror aktı ilə əlaqədar TBMM sədrinə başsağlığı verib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle