Spiker: Gürcüstanda dövlət çevrilişi hazırlayan qüvvələr var
sizinxeber.az xəbər saytı

Spiker: Gürcüstanda dövlət çevrilişi hazırlayan qüvvələr var


Gürcüstanda dövlət çevrilişi etməyə hazırlaşan müəyyən qruplar var.

"Report" xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili brifinqdə deyib.

“Faktlar və bütün əlamətlər dövlət çevrilişinə hazırlaşan bir qrupun olduğunu göstərir”, - o bildirib.

Spikerin sözlərinə görə, 2020-ci ildə olduğu kimi, seçkilərlə bağlı yanlış hesabatlar hazırlamalı olan qeyri-hökumət təşkilatlarından istifadə edərək çevriliş üçün bəhanə hazırlanır.

“Ona görə də xalqımız sayıqlığını qorumalıdır və bu cür qeyri-gürcü qüvvələrə qarşı antidot seçkilərdə iştirak və bu qüvvələrin məğlubiyyətidir”, - Ş.Papuaşvili qeyd edib.

Oxşar xəbərlər

Papuaşvili: "ABŞ-nin maliyyə yardımının Gürcüstanın dövlət büdcəsinə heç bir təsiri olmayıb" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Parlament sədri: Gürcüstanda hökumət çevrilişinə hazırlıqlar davam edir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan parlamentinin sədri: ABŞ səfirliyi ölkəmizdə dezinformasiya məkanına çevrilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyədə 15 iyul dövlət çevrilişi cəhdi ilə bağlı yeni detallar üzə çıxıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şalva Papuaşvili: Gürcüstanı münaqişəyə cəlb etmək müxalifətin seçki vədidir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər