sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Türkiyədə iki mindən çox qaçaq silah ələ keçirilib, şübhəlilər istintaqa cəlb edilib
Türkiyənin 81 əyalətində silah qaçaqmalçılığı və sənədsiz silah gəzdirməyə qarşı “Mercek-26” adı altında keçirilən əməliyyat nəticəsində iki min 511 silah götürülüb, 2 min 310 şübhəli barəsində istintaq başlayıb.
“Sizinxeber.az” “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkə səhifəsində bildirib.
Onun sözlərinə görə, əməliyyatlar nəticəsində 1271-i sənədsiz tapança, 534-ü boş tapança, 43-ü uzun lüləli, 663-ü sənədsiz ov tüfəngi olmaqla iki min 511 silah ələ keçirilib, 2 min 310 şübhəli ilə bağlı araşdırma aparılır.
Nazir bildirib ki, bu istiqamətdə əməliyyat davam edir.
Oxşar xəbərlər
Türkiyənin bütün bölgələrində silah alverçilərinə qarşı əməliyyat keçirilib
Türkiyənin bütün bölgələrində silah qaçaqçılarına qarşı əməliyyat keçirilib
Türkiyənin bütün əyalətlərində silah qaçaqçılarına qarşı əməliyyat: 3000-ə yaxın silah ələ keçirilib
Türkiyədə silah qaçaqmalçılarına qarşı kütləvi əməliyyat: 3000-ə yaxın silah ələ keçirilib
Türkiyədə genişmiqyaslı əməliyyat keçirilib, minlərlə qanunsuz odlu silah müsadirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













