Bolqarıstan Ukraynaya nüvə reaktorlarının satışı ilə bağlı danışıqların vaxtını uzadıb
sizinxeber.az xəbər saytı

Bolqarıstan Ukraynaya nüvə reaktorlarının satışı ilə bağlı danışıqların vaxtını uzadıb


Bolqarıstan parlamenti Rusiyanın iki nüvə reaktorunun və müvafiq avadanlıqların Ukraynaya satışı ilə bağlı danışıqları başa çatdırmaq üçün hökumətə verilən vaxtın altı ay uzadılması ilə bağlı qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə "RBC-Ukraine" "Euractiv"ə istinadən məlumat yayıb.

Bolqarıstan hakimiyyəti bu reaktorları altı ildən çox əvvəl Rusiyanın “Atomstroyeksport” şirkətindən alıb, lakin ölkə “Belene” AES-in tikintisindən imtina etdikdən sonra onlar istifadəyə yararsız olub.

Ukrayna ilə iki ildir davam edən danışıqlar yalnız Bolqarıstan hökuməti ölkənin milli elektrik enerjisi şirkətinin Rusiyanın “Atomstroyeksport” şirkətinə ödədiyi ən azı 600 milyon avroluq məbləğlə bağlı razılığa gələcəyi təqdirdə başa çatacaq.

Avropa Komissiyası daha əvvəl bildirmişdi ki, reaktorların satışı ilə bağlı potensial saziş Aİ-nin Ukraynaya yardım üçün ayırdığı vəsait hesabına maliyyələşdirilə bilər.

Oxşar xəbərlər

BAEA Rusiya reaktorlarının alınmasında Ukraynaya texniki dəstək verəcək
Bolqarıstan artıq silah-sursatını Ukraynaya vermək niyyətindədir
Aİ liderləri Ukraynaya 50 milyard avroluq yardım proqramını təsdiqləyiblər
ABŞ institutu: Ukrayna Rusiyanın növbəti hücumlarının qarşısını ala bilər
Ruanda nüvə reaktorlarının tikintisi ilə bağlı ABŞ ilə müqavilə bağlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər