Güclü külək ağacı "Mersedes"in üzərinə aşırdı » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
30 
may
2026
01:09
0
0
1 002
ff aaaaaaa

Güclü külək ağacı "Mersedes"in üzərinə aşırdı

30 may, 2026
01:09
1 002

Güclü külək ağacı "Mersedes"in üzərinə aşırdı

Göyçay rayonunda müşahidə olunan küləkli hava şəraiti bır sıra fəsadlara yol açıb.

Axar.az Report-a istinadən xəbər verir ki, külək rayonun müxtəlif ərazilərində iri və xırdagövdəli ağacların aşmasınasəbəb olub.

Nizami küçəsində isə çinar ağacı rayon sakini Mirzəliyev Mahir Əlibayram oğluna məxsus "Mersedes" markalı minik avtomobilinin üzərinə aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə yerinə yol polisi, eləcə də Göyçay Şəhər Təsərrüfatı Birliyinin əməkdaşları cəlb olunub. Xüsusi texnikaların köməyi ilə aşmış ağac hissələrə bölünərək ərazidən götürülüb.

Güclü küləyin törətdiyi digər hadisə isə rayonun Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Burada irigövdəli ağac rayon sakininə məxsus fərdi yaşayış evinin hasarının üzərinə aşaraq onu uçurub.

Eyni zamanda, güclü külək rayonun bir neçə ərazisində elektrik xəttlərinə və yaşıllıqlara da ziyan vurub.

Aidiyyəti qurumların əməkdaşları tərəfindən ərazilərdə təhlükəsizlik tədbirləri görülür, aşmış ağacların yollardan götürülməsi istiqamətində işlər davam etdirilir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul